“Emin Naxçivaniski”nin atası danışdı - HƏBS EDİLƏN DİGƏR OĞLUMDAN XƏBƏR YOXDUR/ ÖZƏL

  • By admin
  • 15 Mart 2023 13:52

“Oğlumdan 5 gündür ki, xəbərim yoxdur. Vəkilləri  də 5  gündür ki, onun yanına buraxılmır. Onun ev dustaqlığına buraxılması barədə vəsatət verilib. Bu gün Nərimanov Rayon Məhkəməsində hakim Xalidə Əlisoy  saat 09.20 -da vəsatətə baxmalı idi. Ancaq məlum olub ki, Elvini hələ də İstintaq Təcridxanasına köçürməyiblər”.

 

Bunu Gununsesi.info-ya eksklüziv açıqlamasında bir neçə gün əvvəl Bakıda baş verən güllələnmə olayında adı keçən “Emin Naxçıvaniski” ləqəbli Emin Qasımovun atası Əşrəf Qasımov həbs edilən digər oğlu Elvin Qasımovla bağlı danışarkən deyib.

Saytımıza açıqlamasında Əşrəf Qasımov DİN-nin Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsi tərəfindən oğlunun həbs edildiyini deyib: “Bu hadisələrə hər hansı bir aidyyatı yoxdur. Amma onu narkotiklə tutublar. İçəridə nə baş verir bilmirik. Vəkili Ceyhun Yusifov da DİN-ə, Baş Prokurorluğa şikayət edib. Amma nəticə yoxdur. Bu gün məhkəməni 14.00-a təyin ediblər, amma yenə təxirə salacaqlar”.

 

Elmar Elnuroğlu

Gununsesi.info