Gələn aydan balıq ovuna icazə veriləcək

  • By admin
  • 24 Avqust 2021 10:51

Balıqların kürüləmə dövrü ilə əlaqədar 1 may 2021-ci il tarixindən balıq ovuna tətbiq edilən moratoriumun müddəti sentyabr ayının 1-də bitir.

Gununsesi.info xəbər verir ki, bunu Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Səmədova bildirib.

A.Səmədova bildirib ki, sənaye balıq ovu ilə məşğul olmaq istəyən vətəndaşlar ov qaydaları ilə ETSN-in rəsmi internet səhifəsində (eco.gov.az) tanış ola bilərlər.