Gəncədə bədbəxt hadisə nəticəsində yeddi yaşlı uşaq xəsarət alıb.
Gununsesi.info xəbər verir ki, hadisə şəhərin Bayraq Meydanı adlanan istirahət parkında qeydə alınıb.
Yelləncəkdən yıxılan 2018-ci il təvəllüdlü Ayan Əliyeva müxtəlif bədən xəsarətləri ilə Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə yerləşdirilib.
Uşağa lazımı tibbi yardım göstərilib vəziyyəti orta-ağırdır.











