Hava limanında 4 insan kəlləsi tapıldı -FOTO

Meksika Milli Qvardiyası Queretaro şəhərindəki beynəlxalq hava limanında bağlamada dörd insan kəlləsi tapıb.

Gununsesi.info  xəbər verir ki, bu barədə Milli Qvardiyanın “tvitter” səhifəsində məlumat verilib.

Qeyd olunur ki, bağlama kuryer şirkətləri tərəfindən göndərilən mallara baxış zamanı rentgen şüalarından istifadə edilməklə aşkar edilib. Kəllələrin ölçülərinin müxtəlif olduğu bildirilir. Onlar şəffaf plastik və alüminium folqa ilə bükülüb.

Yerli media insan qalıqlarının Apatzinqan şəhərindən gətirildiyini iddia edir. Bağlamanın ABŞ-da Cənubi Karolina ştatında qəbul edilməli olduğu deyilir.

Nəticədə kəllə sümükləri araşdırma üçün hüquq-mühafizə orqanları tərəfindən götürülüb.

Gununsesi.info