Prezident Ərdoğan 9 səfiri vəzifəsindən kənarlaşdırdı

  • By admin
  • 31 Dekabr 2022 13:05

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyənin ayrı-ayrı ölkələrdəki 9 səfirini işindən kənarlaşdırıb.

 

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, bu barədə qərar “Resmi Gazete”də yayımlanıb. İşindən kənarlaşdırılanlar arasında Holandiyadakı səfir Şaban Dişli, Braziliya səfiri Murat Yavuz, Somali səfiri Mehmet Yılmaz, Vatikan səfiri Lütfullah Göktaş, Fil dişi Sahili səfiri Yonca Gündüz, Banqladeş səfiri Osman Turan, Tacikistan səfiri Emre Karagöl və Çernoqoriya səfiri Songül Ozan var.

 

Tərcümə: Arzu Sayadoğlu

Gununsesi.info