Hoteldə güclü partlayış - YARALILAR VAR

  • By admin
  • 30 Avqust 2022 20:11

Sumqayıt şəhərində hoteldə partlayış olub.

Gununsesi.info xəbər verir ki, hadisə SunSet” hotelində qeydə alınıb.

İlkin məlumata görə, hotelin qazanxanasında anidən partlayış baş verib və 3 nəfər xəsarət alıb.

Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən “Report”un sorğusuna cavab olaraq bildirilib ki, hazırda nazirliyin əməkdaşları əraziyə cəlb edilib: “Yanğın baş verməyib, ilkin məlumata görə qazanxanada partlayış olub”.

Gununsesi.info