İdmançılarımızdan möhtəşəm nəticə

  • Müəllif: Şəbnəm
  • 01 Sentyabr 2024 22:30

Kişi parataekvondoçulardan ibarət Azərbaycan millisi Fransanın paytaxtı Parisdə keçirilən Yay Paralimpiya Oyunlarında ikinci yeri tutub.

Gununsesi.info xəbər verir ki, bu barədə Milli Paralimpiya Komitəsi məlumat yayıb.

Qeyd olunub ki, turnirdə 3 parataekvondoçu ilə təmsil olunan yığmanın üzvləri ümumilikdə 2 medal əldə ediblər.

İmaməddin Xəlilov (K44, 70 kiloqram) qızıl, Sabir Zeynalov (K44, 58 kiloqram) bürünc medal qazanıbsa, Əbülfəz Abuzərli (K44, 80 kiloqram) 1/4 finala kimi irəliləyib.

Azərbaycan millisi yekun sıralamada yalnız Türkiyə seçməsindən geri qalıb. Üçüncü pillədə isə Böyük Britaniya komandası qərarlaşıb.

Qeyd edək ki, parataekvondo yarışlarında ümumilikdə 52 ölkə təmsil olunub.

 

 

 

Gununsesi.info