İranda Novruz çərşənbələri zamanı ölən və yaralananların sayı artıb

  • By admin
  • 15 Mart 2023 19:10

İranda Novruz çərşənbələri zamanı xəsarət alanların sayı 4368-ə yüksəlib.

Gununsesi.info İran mediasına istinadən xəbər verir ki, həyatını itirənlərin sayı isə 26-ya çatıb.

Yaralılardan 229-u bədənin bəzi üzvlərini itirib.

1428 nəfər isə göz zədəsi alıb və görmə qabiliyyətindən məhrum olub.

Gununsesi.info