100 min manatlıq antik samovar - VİDEO

  • By admin
  • 15 Mart 2023 19:08

Cəlilabadın Alar kəndində Həsrətovlar ailəsinə məxsus qədim samovar qorunub saxlanılır.

18 medala layiq görülən samovarın üzərində tarixi qeydlər və tərkibini göstərən göstəricilər var. Tarixi əşyanın üzərində samovarın istehsalçısı olan Bataşev qardaşlarının adı da yer alıb.

Tarixi əhəmiyyət daşıyan eksponatı almaq istəyənlər çox olsa da, Həsrətovlar ailəsi bu təklifi rədd edib.

Samovarın qiymətinə gəlincə isə məlumdur ki, bütün dünyada məhşur olan samovarların oxşarları Bataşev qardaşlarının hələ sağlığında kütləvi şəkildə istehsal olunub. Hazırda oxşar samovarların qiyməti 5 min manatdan başlayır.

“Samovar kralı” adlandırılan qardaşlara məxsus orijinal samovarın qiymətinin isə 50-100 min manat arasında olduğu bildirilir.

Ətraflı Baku TV-nin süjetini təqdim edirik:

Gununsesi.info