İran prezidenti Məsud Pezeşkian hakimiyyət daxilindəki müəyyən qrupların onu ləkələməyə və fəaliyyətinə əngəl yaratmağa çalışdığını açıqlayıb.
Gununsesi.info xəbər verir ki, bu barədə İran mediası məlumat verib.
“Ölkədə motivasiya yoxdur, bizə işləməyə icazə vermirlər, oyuna buraxmırlar. Ləyaqətli və bacarıqlı insanların işə cəlb olunmasına imkan vermirlər, çünki bu kadrlar işə cəlb edildikdə, hakimiyyət daxilindəki qruplar kölgədə qalacaq və güc mərkəzlərini əllərində saxlaya bilməyəcəklər”, – deyə Pezeşkian bildirib.
Prezidentin sözlərinə görə, dəyişiklik üçün yeni plan hazırlanmalıdır. O, insanların çətinlik içində yaşadıqlarını vurğulayıb: “Xalq bizdən uzaqdır, söz vermişik amma yerinə yetirmirik, riyakarlığımızdan qorxurlar və yalan vədlərimizə görə narazıdırlar”.
İran prezidenti, həmçinin, HƏMAS liderinin ölkədə öldürülməsi ilə əlaqədar hökuməti tənqid edib və hökumətin ayırdığı pulların haraya getdiyi barədə də suallar qaldırıb.
Şəbnəm
Gununsesi.info