İsrail və HƏMAS arasında atəşkəs razılaşması cümə axşamı ABŞ prezidenti Donald Trampın razılığın əldə olunduğunu elan etməsindən sonra Qəzzada qüvvəyə minib.
Bildirilib ki, İsrailin Nazirlər Kabineti Qəzzada saxlanılan bütün girovların azad edilməsi planını müzakirə etmək üçün cümə axşamı saat 15:00-da toplanacaq.
Baş nazir Benyamin Netanyahu planı təsdiqləmək üçün iclası çağırdığını əvvəlcədən elan etmişdi.
Rəsmi məlumatlara görə, atəşkəs razılaşmanın imzalanmasından dərhal deyil, hökumətin təsdiqindən sonra qüvvəyə minib.
Razılaşma Trampın Qəzzada 67 mindən çox insanın ölümünə səbəb olan müharibəyə son qoymaq planının ilk mərhələsini təşkil edir.
Şəbnəm













