İsrailin Livana hücumu nəticəsində 5 nəfər ölüb

  • By Admin08
  • 08 Sentyabr 2025 20:35

İsrailin Livanın şərqindəki Bekaa vadisi bölgəsinə endirdiyi zərbələr nəticəsində 5 nəfər ölüb.

Gununsesi.info “Al Jazeera”ya istinadən xəbər verir ki, bu barədə Livanın Səhiyyə Nazirliyi məlumat yayıb.

“Azı 5 nəfər ölüb, 5 nəfər isə yaralanıb”, – nazirliyin bəyanatında deyilir.

Qeyd olunur ki, İsrail sübut təqdim etmədən və noyabr ayında qüvvəyə minən atəşkəs razılaşmasını nəzərə almadan “Hizbullah”a aid olduğunu güman etdiyi hədəfləri vurur.

Gununsesi.info