Kəmaləddin Heydərovun bu müavini vəfat edib

  • By admin
  • 27 Avqust 2022 00:12

Fövqəladə hallar naziri Kəmaləddin Heydərovun müavini, general-leytenant Nazim Xeyrulla oğlu Məmmədov dünyasını dəyişib.

“Gununsesi” “Qaynarinfo”ya istinadən xəbər verir ki, uzun müddətdir müalicə alan general bu gün vəfat edib.

Qeyd edək ki, 70 yaşı olan Nazim Məmmədov 2007-2018-ci illər Dövlət Gömrük Komitəsinin sədr müavini olub, 2018-ci ildən fövqəladə hallar nazirinin müavini vəzifəsini tutub.
Gununsesi.info