Kənanın bu hərəkəti qadın sürücüləri qəzəbləndirdi - VİDEO

  • By admin
  • 01 May 2022 12:31

Türkiyəli aktyor, aparıcı Kənan İmirzalıoğlu Etilerdə restorandan çıxarkən bir qrup qadın sürücü tərəfindən tənqid olunub.

Gununsesi.info “Milliyet”ə istinadən verir ki, narazılığa səbəb aktyorun avtomobilinin yolun ortasında saxlanması olub.

İmirzalıoğlunun çıxmasını gözləyən sürücüsü avtomobili yolun ortasında qoyub və tıxaca səbəb olub. Onun bu davranışı ətrafdakı xanımların qəzəbinə səbəb olub.

Aktyorun maşına mindiyini görən xanım sürücülər İmirzalıoğlunun yanına gələrək bu sözlərlə reaksiya veriblər: “Tıxaca bax! İcazə verin, yol bağlanır”.

Kənan İmirzalıoğlu sürücüsünün davranışına görə vətəndaşlardan üzr istəyib və onları sakitləşdirməyə çalışsa da, mübahisənin böyüdüyünü gördükdən sonra maşınına minərək oradan uzaqlaşıb.

Məşhur aktyor hadisəni izləyən jurnalistlərə üz tutaraq “Gördünüz ki, bunun mənimlə heç bir əlaqəsi yoxdur. Köməkçimə lazımi xəbərdarlığı edəcəm” deyib.

Həmin anlar hadisə yerində olan müxbirlər tərəfindən görüntülənib.

Gununsesi.info