Kamil Zeynallı yenidən həbs edildi – KƏLBƏCƏRƏ GETMƏK İSTƏYƏN İDMANÇIYA 30 SUTKA VERİLDİ (YENİLƏNİB)

  • By admin
  • 14 Dekabr 2020 20:32

Tanınmış idmançı Kamil Zeynallı yenidən həbs olunub.

Gununsesi.info-nun xəbərinə görə, bu dəfə onu Kəlbəcər polisi məsuliyyətə cəlb edib.

Belə ki, Kəlbəcərə getmək istəyərkən polis əməkdaşları tərəfindən saxlanılan idmançı barəsində protokol tətbiq olunaraq, məhkəməyə göndərilib.

Göygöl Rayon Məhkəməsi 30 sutkalıq inzibati həbs barədə qərar çıxarıb.

Kamil bu il bundan əvvəl 3 dəfə, hər birində 10 sutkalıq inzibati həbs edilib.

Turanə Tağızadə

 

Gununsesi.info