Koronavirusa yoluxan “Tolik” yaralı əsgərin evində – VİDEO

  • By admin
  • 07 Yanvar 2021 19:28

Sosial şəbəkə fəalı  Tarix Əliyev “Tolik” növbəti dəfə Azərbaycan cəmiyyətini təəccübləndirən addım atıb.

 

Gununsesi.org xəbər verir ki, koronavirusa yoluxan Tarix Əliyev (Tolik) Əbülfəz adlı yaralı əsgərimizin evinə gedərək ona baş çəkib.

Dünən koronavirusa yoluxan “Tolik”in testinin pozitiv çxmasından sonra onun xəstə halda bu addımı atması birmənalı qarşılanmayıb.

Görünür, özünü cəzasızlıq mühitində hiss edən “Tolik” məsuliyyətə cəlb olunmayacağını düşündüyündən bu addımı atıb.

 

Bildirək ki, bir neçə ay əvvəl Milli Məclis Cinayət Məcəlləsinə dəyişiklik edərək, yolxucu xəstəklərin yayılmasına görə cinayət məsuliyyəti müəyyən edib.

“Tolik”in ölkə qanunlarına açıq şəkildə meydan oxuması sosial şəbəkə istifadəçilərinin etirazına səbəb olub.

 

Ümid edək ki, DİN bu fakta biganə qalmayacaq və adıçəkilən şəxs barəsində məsuliyyət tədbiri görüləcək.

Xatırladaq ki, “Tolik” bundan əvvəl yaralı əsgərimizi alçaltması ilə də gündəmə gəlmişdi.

Həmin video çəkilişi sizə təqdim edirik:

 

 

Gununsesi.org