Kredit istəyən 3 min tələbə “YOX” cavabı aldı

  • By admin
  • 07 Fevral 2022 12:19

“5000 tələbə təhsil tələbə krediti üçün müraciət edib”.

Gununsesi.info xəbər verir ki, bu barədə Təhsil Tələbə Krediti Fondunun İdarə Heyətinin sədri Araz Paşayev məlumat verib.

O qeyd edib ki, müraciətlərdən 1945-nə müsbət rəy verilib:

“Qalan tələbələrdən 1200 nəfərin müraciəti emal olunub və onların rəsmiləşdirilməsi yaxın iki həftə ərzində yekunlaşacaq. Təxminən 400-ə yaxın müraciət texniki baxımdan tamamlanmayıb”.

Gununsesi.info