Kürdəmir rayonunda keçirilən “Açıq mikrofon” aksiyasına dair məlumat - FOTOLAR

  • By admin
  • 23 Fevral 2023 14:56

SOCAR “Azəriqaz” İB-nin bölgələrdə təşkil etdiyi “Səyyar qəbul otağı” Kürdəmir rayonunda qurulub.

Aksiyaya ümumilikdə 7 nəfər qatılıb ki, onların da müraciətləri eyniyönümlü olub. Arzum Sultanov, Dilbər Əhmdova, Xəyalə Azayevanın timsalında digər 4 sakinin müraciəti SOCAR “Azəriqaz” İstehsalat Birliyində işə qəbulla bağlı olub.

Ünvanlanan müraciətlərlə əlaqədar Birliyin Ağsu Regional qaz istismarı İdarəsinin rəhbərliyi tərəfindən vətəndaşlara lazımi izahatlar verilib.

Gununsesi.info