Makron Olimpiya Oyunlarına hazırlığı şəxsən yoxlayır

  • By admin
  • 16 Aprel 2024 12:46

Fransa prezidenti Emmanuel Makron Olimpiya Oyunlarına 100 gün qalmış Parisdəki Qrand Sarayda aparılan tikinti işləri ilə tanış olub.

Gununsesi.info-nun Fransa mediasına istinadən verdiyi xəbərə görə, prezident Makron işçilərlə söhbət edib və qonaq idmançıların qılıncoynatma yarışını izləyib.
Qeyd edək ki, 1900-cü ildə Paris Universal Sərgisi üçün tikilmiş, detallı və zərif şüşə damı ilə tanınan Grand Palais Olimpiya və Paralimpiya Oyunları zamanı qılıncoynatma və taekvondo yarışlarına ev sahibliyi edəcək.
Makron, həmçinin iyul ayında Sena çayında keçiriləcək Olimpiya Oyunlarının açılış mərasiminin uğurlu olacağına əmin olduğunu bildirib.

Bununla belə, o, təhlükəsizlik baxımından lazım gələrsə, “B Planı” variantının da hazır olduğunu söyləyib.

Afət

Gununsesi.info