Minik maşını “Bakı Bus”a çırpıldı: ölən var

  • Müəllif: Firuzə
  • 27 Noyabr 2025 17:07

Gəncənin Gülüstan qəsəbəsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Gununsesi.info  xəbər verir ki, hadisə zamanı minik avtomobili ilə “Bakubus” MMC-yə məxsus marşrut avtobusu toqquşub.

Nəticədə minik maşınında olan bir nəfər hadisə yerində ölüb. Hadisə nəticəsində yaralananlar da var.

Faktla bağlı araşdırma başlanılıb.

 

Gununsesi.info