Rusiya Ali Məhkəməsi Baş Prokurorluğun müraciətini təmin edərək Aleksey Navalnının yaratdığı Korrupsiya ilə Mübarizə Fondunu (FBK) rəsmi şəkildə “terror təşkilatı” elan edib.
Gununsesi.info xəbər verir ki, qərar dərhal qüvvəyə minəcək.
Qeyd edək ki, FBK bundan əvvəl də “ekstremist təşkilat” və “xarici agent” kimi tanınmış, fəaliyyəti Rusiyada qadağan edilmişdi. Aleksey Navalnı 2011-ci ildə bu fonda rəhbərlik etmiş və 2024-cü ilin fevralında cəzaçəkmə müəssisəsində vəfat etmişdi.
Şəbnəm












