Miranda Kerr gözəllik sirrini açıqladı

  • By admin
  • 12 İyul 2022 21:01

Avstraliyalı model və fransız brendi “Louis Vuitton”un siması Miranda Kerr Sinqapurun “Harper’s Bazaar” jurnalının iyul sayında yer alıb.

Gununsesi.info xəbər verir ki, məqalədə üç uşaq anası olan modelin gözəllik sirləri də yer alıb.

Bildirlib ki, Miranda 18 yaşından meditasiya və baletlə məşğul olur. O, heç bir proseduru qaçırmadan davamlı olaraq dərisinə qulluq edir: dəniz duzu və qızılgül kvars kristalları ilə vanna qəbul edir. Bu prosedurda həmişə aromalı şam yandırır.

Modelin qidalanmağına gəldikdə isə o, bir litr soyuq sıxılmış kərəviz şirəsi və axşam təzə kəklikotu yarpaqlarından və ya bir qaşıq bal ilə limon suyundan hazırlanmış sakitləşdirici çay içir.

Gununsesi.info