Müharibə iştirakçılarına yeni protezlər veriləcək

Vətən müharibəsi iştirakçılarına yeni idman protezləri veriləcək.

 

Gununsesi.info xəbər verir ki, bu barədə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədri Anar Bayramov ötən ilin yekunları barədə danışarkən deyib.

 

Onun sözlərinə görə, artıq həmin protezlərin testi aparılıb və geridönüş rəyləri müsbət olub: “Danimarka istehsalı protezlərlə bağlı müqavilə imzalanıb. Artıq həmin protezlər bizə təqdim olunub. Qısa müddət ərzində 20 Vətən müharibəsi iştirakçısına təhvil veriləcək”.

 

 

Gununsesi.info