Necati Şaşmaz başqa cür qayıdır - VİDEO

  • By admin
  • 14 Noyabr 2022 13:12

“Kurtlar Vadisi” serialının unudulmaz qəhrəmanı Nacati Şaşmaz yeni bacarığını nümayiş etdirib.

Gununsesi.info xəbər verir ki, “TRT Musiqi”də yayımlanan “Mazhar Alansonla” verilişinə qatılan Necati Şaşmaz “Senede Bir Gün” klassik əsərini ifa edib. Aktyor bildirib ki, həfətədə iki dəfə musiqi dərsi almağa başlayıb.

“İllərdir ney çalırdım. Amerikaya gedəndə özümlə aparmışdım. Sonra avtomobil qəzası keçirdim, dodaq hərəkətlərini edə bilmədiyim üçün buraxmalı oldum. Həmçinin saksafon və klarntdə çalmağı öyrəndim. Onlarda üfürmək texnikası başqadır”, – deyə aktyor bildirib.

Necati Şaşmaz həmçinin vurğulayıb ki, yenidən ekranlara qayıtmağa hazırlaşır və çəkilişlərin yanvar ayından başlayacağı xəbərini verib.

Gununsesi.info