“Neftçi” yeni transfer etdi

  • By admin
  • 27 İyun 2021 22:21

“Neftçi” futbol klubu növbəti transferini rəsmiləşdirib.

Yarımmüdafiəçi Xəyal Nəcəfovla 2 illik müqavilə bağlanıb.

İyirmi üç yaşlı yarımmüdafiəçi komandanın heyətində 97 nömrəli formanı geyinəcək. 2015-ci ildən “Sumqayıt”da çıxış edən Xəyal Nəcəfov Azərbaycan milli komandasının üzvüdür.

Qeyd edək ki, “Neftçi” bundan əvvəl iki yarımmüdafiəçi – paraqvaylı Sezar Meza Kolli və San-Tome və Prinsipidən olan Harramiz Suaresi transfer edib.