Ömrün əvvəli də, sonu da var, heç kim həyatda əbədi qalmır -İLHAM ƏLİYEV

  • By admin
  • 02 May 2022 20:03

“Ömrün əvvəli də, sonu da var, heç kim həyatda əbədi qalmır. Amma şəhid olmaq, bu, doğrudan da xalq qarşısında, tarix və gələcək nəsillər qarşısında böyük xidmətdir. Şəhid əbədi qalır, əməyi və qəhrəmanlığı əvəzolunmazdır”.

Gununsesi.info bildirir ki, bu barədə Prezident İlham Əliyev Bakının Sabunçu rayonunda şəhid ailələri və müharibə əlilləri üçün yeni yaşayış kompleksinin açılışında çıxışı zamanı bildirib.

“Çünki canını fəda edir ki, torpaqlar azad olunsun və ədalət bərpa olunsun, xalqımızın ləyaqəti bərpa olunsun. Çünki otuz il torpaqlarımız işğal altında qalıb və xalqımız mənəvi əzablar çəkib – hər birimiz, o cümlədən Mahir. Onu irəliyə aparan məhz Vətən sevgisi olub, bu ədalətsizliklə barışmazlığı olub. Canını fəda edib, amma onun kimi övladlarımız xalqımızın ləyaqətini bərpa etdilər. Bu, qələbə qədər vacib məsələdir, gələcək nəsillərin yetişməsi və tərbiyəsi üçün əvəzolunmaz amildir. Çünki biz artıq ilyarımdır ki, müzəffər xalq kimi yaşayırıq. Əvvəllər torpaqları işğal edilmiş xalq kimi yaşamışıq. İndi başımız ucadır, əbədi belə olacaq. Arzulayıram ki, dövlət tərəfindən sizə yaradılan bu şərait bundan sonra acınızı nisbətən azalda bilsin”-deyə dövlət başçısı vurğulayıb.

Gununsesi.info