Onkoloji dərmanların təminatı və spektri genişləndiriləcək

Onkoloji xəstəliklərin müalicəsində istifadə olunan dərman preparatlarının spektri genişləndirilə bilər.

Gununsesi.info xəbər verir ki, bu məsələ Milli Məclisin plenar iclasında müzakirə olunub.

İclasda həmçinin 2006-cı il 19 iyul tarixli, 178 nömrəli qərarla təsdiq edilmiş “Onkoloji xəstələrin şiş əleyhinə əsas preparatlarla təminatı üzrə Tədbirlər Proqramı”nın yenidən işlənməsi məsələsi gündəmə gətirilib.

Qeyd edək ki, proqramın müasir tələblərə uyğunlaşdırılması vacib sayılıb.

 

Şəbnəm

Gununsesi.info