PKK-nın “zabiti” Almaniyada qandallandı

PKK terror təşkilatının üzvü olduğu iddia edilən Özgür A. Almaniyada həbs olunub. 

Gununsesi.info Türkiyə mediasına istinadla xəbər verir ki, şübhəli şəxs qismində saxlanılan Özgür A. PKK-nın təşkilatlanmasında və qruplaşmanın təbliğat fəaliyyətini koordinasiya etməkdə ittiham edilir.

HTML tutorial

Məlumatı Almaniya Federal Prokurorluğu da təsdiqləyib. Qurum şübhəlinin “xarici terror təşkilatına üzv olmaq” ittihamı ilə həbs edildiyi açıqlayıb.

Özgür A.-nın PKK-nın “zabiti” kimi Hamburqda “fəaliyyət” göstərdiyi də üzə çıxıb.

Gununsesi.info