İsveçdə müsəlman və xristian qəbirləri dağıdıldı

  • By admin
  • 03 May 2022 12:58

İsveçin Malmö şəhərindəki Östra qəbiristanlığında müsəlman və pravoslav xristianlara aid 20-yə yaxın məzar dağıdılıb.

Gununsesi.info Türkiyə mediasına istinadla xəbər verir ki, İsveçin dövlət televiziyası SVT-yə açıqlama verən Malmö Şəhər Polis Təşkilatının sözçüsü Nils Norlinq bildirib ki, naməlum şəxslərin hücumu zamanı çoxlu məzar daşı dağılıb. O, hətta bəzi qəbirlərin üzərinə boya töküldüyünü də deyib. Norlinq sözügedən məzarların müsəlmanlara və pravoslav xristianlara aid olduğunu qeyd edib.

Yaxınları üçün dua etmək istəyən müsəlmanların hadisəni görərək polisə xəbər verdiyi vurğulanıb.

Gununsesi.info