Polisin döydüyü şəxs öldü

  • By admin
  • 03 May 2022 13:19

Almaniyanın Mannheim şəhərində saxlanılarkən polis tərəfindən döyülən şəxs dünyasını dəyişib.

Gununsesi.info Türkiyə mediasına istinadla xəbər verir ki, Almaniyanın Markplatz meydanında iki polis ona müqavimət göstərən 47 yaşlı kişini onlarla insanın gözü qarşısında yumruqlayıb.

Həmin şəxs xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Hadisə ilə bağlı cinayət işi açılıb.

Gununsesi.info