Pompeo: ABŞ İrana qarşı sanksiyaları ləğv etsə…

  • By admin
  • 30 Aprel 2021 10:12

İrana qarşı hansısa ABŞ sanksiyalarının ləğvi və təzyiq siyasətinin yumşaldılması, Tehranı beynəlxalq normalara uyğun hərəkət etməyə imkan verməyəcək.

Gununsesi.info xəbər verir ki, bu məlumatı ABŞ-ın keçmiş dövlət katibi Mayk Pompeo deyib.

“Mən anlaya bilmirəm ki, administrasiya sanksiyaların ləğvi və təzyiq kampaniyasından imtina ilə İranı beynəlxalq normalara uyğun hərəkət etməyə məcbur edəcəyini necə düşünür. İrana qarşı sərt sanksiyaların yumşaldılmasının nə ilə başa çatacağını bilmir”, – deyə o bildirib.