Qarabağda aşkarlanan minaların sayı açıqlandı

  • By admin
  • 04 May 2022 13:24

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra olunan minatəmizləmə əməliyyatları zamanı ötən ay aşkarlanan minaların sayını açıqlayıb.

ANAMA-dan  verilən məlumata görə, aprelin 1-dən 30-dək Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 341, tank əleyhinə 482 mina və 673 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.

Nəticədə 1701.5 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.

Gununsesi.info