Qüvvəm və imkanım daxilində sevimli Vətənimizə xidmət etmək bundan sonra da həyatımın başlıca məqsədi olacaq - VİLAYƏT QULİYEV  

  • By admin
  • 05 May 2022 11:45

Prezident tərəfindən Azərbaycanın Bosniya və Hersoqovinada və Səlahiyyətli səfiri vəzifəsinə təyin edilən Vilayət Quliyev bu etimada görə ölkə başçısına təşəkkür edib.

Gununsesi.info səfirin sosial şəbəkə hesabındakı qeydlərini təqdim edir:

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev böyük etimad göstərərək 4 may 2022-ci il tarixli sərəncamı ilə məni ölkəmizin Bosniya və Hersoqovinada və Səlahiyyətli səfiri təyin edib. Bu münasibətlə tanıdığım və tanımadığım yüzlərlə insan sosial şəbəkə vasitəsi ilə təbriklərini çatdırıb, gələcək fəaliyyətimlə bağlı xoş arzularını bildirib. Hər kəsə səmimi təşəkkürümü, minnətdarlığımı yetirirəm. Dövlət başçımızın və hər bir vətəndaşımızın etimadını doğrultmaq, qüvvəm və imkanım daxilində sevimli Vətənimizə xidmət etmək bundan sonra da həyatımın başlıca məqsədi olacaq.

Gununsesi.info