Rayonlarda olan tələbələrin Bakıya gəlişi ilə bağlı RƏSMİ AÇIQLAMA

  • By admin
  • 29 Avqust 2020 11:59

Rayonlarda olan tələbələrin və tələbə adını alan birinci kursların paytaxta gəlişi məsələsi ilə bağlı müzakirələr aparılır.

Gununsesi.info xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

Onun sözlərinə görə, bu istiqamətdə Nazirlər Kabinetində Təhsil Nazirliyinin nümayəndələrinin iştirakı ilə təkliflər müzakirə edilir:

“Tələbələrin tələbə kartından istifadə etməklə rahatlıqla paytaxta gələ bilməsi istiqamətində çox suallar olub. Bu suallar ətrafında fikirlər müzakirə edilir.

Digər tərəfdən, birinci kursa qəbul olan və tələbə bileti olmayan tələbələrin gəlməsi məsələsi də var. Bütün bunlar Təhsil Nazirliyi ilə birgə aparılan müzakirələrdən sonra yekun qərarlar barədə ictimaiyyətə məlumat veriləcək”.

Gununsesi.info