REAL TV 5 yaşını qeyd edir

  • By admin
  • 15 Mart 2023 09:41

Bu gün Azərbaycanın televiziya məkanında xüsusi yeri olan REAL TV–nin 5 yaşı tamam olur.

Gununsesi.info bildirir ki, kanalın rəhbəri Mirşahin Ağayev özünün sosial şəbəkə hesabında REAL-ın 5 illiyi haqqında yazıb.


Həmin qeydləri təqdim edirik:

15 Mart 2018!

Əlbəttə, tarixin o gününədək də vardıq, olmuşduq! Müxtəlif şəkildə, müxtəlif səsdə! Amma REAL yalnız o gün olduq! ÖZÜMÜZ olduq! REAL olmaq Keçmişdən heç də imtina deyildi, həm də İndini və Gələcəyi qəbul etməyə hazır olmaq, bu missiyaya qadir olmaq idi.

Bu əslində 5 yaş deyil-şəxsən məndən ötrü! İyirmi beş üstə gəl beş-dir! Bəs 5 həmişə “Əla!”-dırmı? Bilmirəm! Sadəcə işləyirəm! İşləyirik!
Qiymət haqqında düşünmədən!
Yaşımızı bayram eləmirik! İşdən böyük bayram, işimizdən yüksək qiymət yoxdur. Bizdən hamı gözləyir! Bu hamının haqqıdır!
Hamı da haqlıdır! Amma həm də Hamı axı hələ doğulmayıb!

Sonuncu tamaşaçımız və dinləyicimiz doğulana qədər ömür və vaxt istəyirəm, istəyirik Allahdan!

Yaşasın Azərbaycan!
Göstərsin və Danışsın Azərbaycan!

Gununsesi.info