Rusiya 9 maya qədər “çılğın bir hücum” edəcək

  • By admin
  • 01 May 2022 10:14

Biz artıq başa düşürük ki, onlar Donbasda “hücum əməliyyatı” qrafikindən çox geri qalırlar. Ancaq hələ də müəyyən resurslara sahib olduqlarını nəzərə alaraq, hadisələrin inkişafını təsəvvür etmək və ya proqnozlaşdırmaq olar.

Gununsesi.info Axar.az-a istinadla xəbər verir ki, bunu ukraynalı hərbi ekspert Sergey Qrabski Rusiyanın mayın 9-na qədər müharibəni yekunlaşdırmaq istəyi ilə bağlı danışarkən deyib.

O qeyd edib ki, hazırda Luqansk vilayətinin təxminən 93%-i işğal altındadır:

“Buna görə də Severodonetskə doğru çılğın bir hücumu qabaqcadan proqnozlaşdırmaq olar. Göstərmək istəyirlər ki, baxın, biz həqiqətən “Luqansk xalq respublikasını” azad etdik və “tarixi ədaləti” bərpa etdik. Bu, böyük bir qələbə kimi qiymətləndirilə bilər”.

Gununsesi.info