44 gün davam edən İkinci Qarabağ müharibəsində korpus komandirinin müavini, polkovnik Babək Səmidlinin ordu rəhbərliyinə ittihamları özündə əks etdirən ikinci səs yazısı yayılıb.
Qeyd edək ki, onun müharibənin bitməsindən bir neçə
gün sonra, noyabrın 23-də Suqovuşan qəsəbəsi ərazisində minaya düşdüyü bildirilir.
Ölümündən sonra “Vətən uğrunda”, “Suqovuşanın azad olunması uğrunda” medalları, “Zəfər” ordeni ilə təltif edilib.
İkinci səs yazısında Babək Səmidli Müdafiə Nazirliyinin rəhbərliyinə qarşı başqa ittihamlar səsləndirib.
Gununsesi.info Meydan TV-yə istinadən həmin səsyazısını təqdim edir: