“Səttar Möhbalıyev neçə ildir milyardları altına yığır, gözü puldan doymur” — Xalq artistindən AĞIR SÖZLƏR

“Dünyada Həmkarlar İttifaqları Konfederasiyaları insanlara böyük dəstək verir. Sovet hökuməti vaxtında insanları hər il istirahətə göndərərdilər. Lakin indi Azərbaycanda bunlara rast gəlinmir”.

Gununsesi.info xəbər verir ki, bu fikirləri Demokrat.az-a açıqlamasında Xalq artisti Əli Nur deyib.

Aktyor Səttar Möhbalıyevin rəhbərlik etdiyi təşkilatın illərdir xalqın pullarını mənimsədiyini bildirib:

“Onun kimi Azərbaycanda böyük vəzifələrdə oturanların əksəriyyəti oğrudur. Nə qədər cənab İlham Əliyev bunlara xəbərdarlıq edir, amma bunlara ar olmur. Onlar heç vaxt xalqı, milləti, insanları düşünən deyillər! Onlar ancaq özlərini, öz ailələrini, öz balalarını düşünən zümrələrdir.

Təsəvvür edin ki, İkinci Qarabağ müharibəsində bir məmurun, vəzifəli adamın balası müharibəyə getdi? Getmədi! Onlar Dubaya, Londona, Avropaya getdilər. Müharibə qurtarandan sonra mindilər maşına və başladılar dədələrinin aldıqları bayraqları yelləməyə, Bakının küçələrində fırlanmağa. Bir imkansız, ehtiyacı olan adama əl tutan deyillər bunlar! Bunlar qaraçı millətdir. Bunların gözü puldan doymur. İnsan bir tikə çörək yeyir qarnı doyur, amma bunların gözü doymur.

İnanın ki, onlara Xəzər dənizi qədər pul versələr də, yenə gözləri doymayacaq. Bu, Həmkarlar İttifaqının rəhbərini yaxşı tanıyıram. Səttar Möhbalıyev neçə ildir milyardları altına yığır, qohum-əqrəbası vəzifədədir. Bunlarda dövlətçilik, millətçilik anlayışı yoxdur. Ancaq gəmiriciliklə məşğuldurlar, həşəratlıq edirlər. Heç həşərat da normal adamı sanatoriyaya göndərər? Heç həşərat sanatoriyaya həqiqi ehtiyacı olanları düşünər? Bunlara nə desən əbəsdir, heçdə mümkün deyil, ona görə də Həmkarlar İttifaqından heç nə gözləmirəm”.

 

Gununsesi.info