Sahibə Qafarova müzakirələrə sədrlik etdi - FOTOLAR

  • Müəllif: Firuzə
  • 21 Oktyabr 2025 15:46

Milli Məclisin sədri Sahibə Qafarova Parlamentlərarası İttifaqının 151-ci Assambleyasında müzakirələrə sədrlik edib.

Gununsesi.info-nun məlumatına görə, Azərbaycan Parlamentinin spikeri Assambleyanın bu gün davam edən müzakirələrinə sədrlik edib.

Müzakirələrdə Avstraliya, Kolumbiya, Mozambik, Serbiya, Liviya, Finlandiya, Macarıstan, İspaniya, Türkiyə, Uruqvay, Belçika və digər ölkələrin parlament təmsilçiləri çıxış ediblər.

Qeyd edək ki, Milli Məclisin sədri Sahibə Qafarova Assambleyanın “Böhran zamanı humanitar normaların qorunması və humanitar fəaliyyətin dəstəklənməsi” mövzusunda keçirilən ilk gün müzakirələrində çıxış edib.

1471322

 

1471320

 

Gununsesi.info