Şahin Bağırov gömrük polkovnikinin korrupsiya əməliyyatını ifşa edib

Dövlət Gömrük Komitəsinin Qərb Ərazi Baş Gömrük İdarəsinin rəis müavini Arif Mehdiyev korrupsiya əməlinə yol verib.

Bu barədə Gununsesi.info -nu bilgiləndirən mənbənin xəbərinə görə, gömrük polkovnikinin 150 min manatlıq korrupsiya əməlinin üstünü elə Dövlət Gömrük Komitəsinin özü açıb.

Məlum olub ki, regional idarənin rəis müavini Arif Mehdiyev qardaşı sahibkar kimi fəaliyyət göstərən Akif Mehdiyevə məxsus “Bayn Trading” MMC vasitəsilə xarici ölkələrin birindən Azərbaycana bahalı parça gətirilib.

Lakin gömrük sənədləşməsində həmin parçanı tül kimi sənədləşdirərək, real qiymətini bir neçə dəfə azaldıblar.

Beləliklə, 150 min manata yaxın vəsaiti gömrük orqanlarından yayındırılıb.

Gununsesi.info-nun məlumatında o da deyilir ki, komitə sədri Şahin Bağırovun göstərişi ilə Gömrük Komitəsinin Əməliyyat -İstintaq Baş İdarəsinin əməkdaşları Qərb Regional Ərazi Baş idarəsində olub.

Araşdırmalar zamanı Arif Mehdiyevin və digər şəxslərdən ifadə alınıb.

 

 

Şəbnəm

Gununsesi.info