Şanlıurfada binada dəhşətli partlayış: Ölənlər və yaralananlar var - YENİLƏNİB + FOTO/VİDEO

Türkiyənin Şanlıurfa şəhərində binada partlayış olub. Hadisə nəticəsində iki nəfər həlak olub, səkkiz nəfər yaralanıb.

İlkin ehtimallara görə, faciəyə səbəb təbii qaz sızması olub.

Partlayış nəticəsində binaya ciddi ziyan dəyib. Hər ehtimala qarşı sakinlər təxliyə ediliblər.

Hadisə yerinə çoxlu sayda yanğınsöndürən və tibb briqadası göndərilib.