Cəmi 1 dəqiqəyə eynəklərinizdən qurtulun

Bir ildən artıqdır ölkəmizdə fəaliyyət göstərən “BatıGöz klinikası” yerli və xaricdən dəvət olunmuş professor və uzman həkimlərlə xidmətinizdədir.

Ən son texnologiya ilə təchiz olunmuş klinikamızda xəstələrimizə göz sağlamlığı barəsində birinci dərəcəli xidmət göstərilir.

Klinikamızdakı ən yeni texnologiyalardan biri isə SMILE lazer əməliyyatıdır.

Eynəyinizdən xilas olmaq istəyirsinizsə ağrısız Relex SMILE Lazer texnologiyasından yararlana bilərsiniz.

SMILE lazer texnologiyası ilə miyopi və astiqmatizmdə çox yüksək dərəcələrdə belə uğurlu nəticələr əldə edilir. Xüsusilə zərbəyə məruz qalma riski olan peşə qruplarında və yüksək miopiya üçün idealdır.

Əməliyyat 21 saniyəlik lazer prosedurundan ibarətdir. Əməliyyat zamanı gözlərinizi hərəkət etdirməyinizə mane olan vakuum halqası qoyulur və sonra lazer tətbiqinə başlanır. Həkim 2 mm kəsiklə buynuz qişadan toxuma çıxarır. Əməliyyatdan sonra həkiminiz günün qalan hissəsi üçün istirahət etməyi tövsiyə edir.

Smile lazer əməliyyatı üçün şəxsin 18 yaşdan yuxarı olması və göz nömrəsinin son bir ildə dəyişməməsi lazımdır. Eynilə, -1.00 ilə -10.00 dərəcə arasında miyopi olanlar və -5.00-dən yuxarı olmayan astiqmatizmi olanlar SMİLE lazer əməliyyatından yararlana bilərlər. Bundan əlavə, buynuz qişanın və gözün ümumi sağlamlığının yaxşı olması vacibdir.

Əlaqə: *4033 / 012 310 40 33

Ünvan: Nəsimi rayonu, Vaqif prospekti 75A (Koroğlu parkının yanı)

www.batigoz.az