Şuşanın Qarabağ küçəsində inşa olunacaq qeyri-yaşayış binasının təməli qoyuldu - FOTO

  • By admin
  • 09 May 2023 14:33

Mayın 9-da Şuşa şəhərinin Qarabağ küçəsində inşa olunacaq qeyri-yaşayış binasının təməli qoyulub.

Gununsesi.info xəbər verir ki, əvvəlcə Azərbaycan Prezidenti İlham Əliyevə Qarabağ və Sadıqcan küçələrində görüləcək işlər barədə məlumat verilib.

Bildirilib ki, Qarabağ küçəsində inşa ediləcək yaşayış binasının ümumi sahəsi 5400 kvadratmetr olacaq. Dörd mərtəbədən və zirzəmi qatından ibarət binada yerləşəcək mənzillərdən 24-ü ikiotaqlı, 6-sı isə üçotaqlıdır. Qeyd edilib ki, ərazidə qeyri-yaşayış binası da inşa olunacaq. A və B korpuslarından, həmçinin ofis binasından ibarət həmin binanın ümumi sahəsi 5745 kvadratmetr nəzərdə tutulub. Binanın ikinci mərtəbəsində avtodayanacaq yerləşəcək.

Sonra dövlət başçısı Qarabağ küçəsində inşa olunacaq qeyri-yaşayış binasının təməlini qoyub.

Gununsesi.info