Tərtərdə 34 yaşlı kişi öldürüldü - Atası tutuldu

  • By Admin2
  • 14 Mart 2025 14:59

Bu gün səhər saatlarında Tərtərdə qətl hadisəsi törədilib.

Gununsesi.info xəbər verir ki, rayonun Kəngərli kənd sakini 34 yaşlı Emin Həsənzadə yaşadığı evin həyətində bıçaqlanaraq öldürülüb.

Hadisəni törətməkdə şübhəli bilinən şəxs – Eminin atası Muğan Həsənov polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info