Tanınmış iqtisadçı alimə ictimai etimad

  • By admin
  • 26 İyul 2021 21:41
Mədən Sənayesində Şəffaflığın Artırılması Koalisiyasının XXİ Ümumi Yığıncağı  və  yeni seçilmiş Şura  və Manitorinq Qrupunun ilk birgə onlayn iclası haqqında məlumat
İyulun 10-da Mədən Sənayesində Şəffaflığın Artırılması Koalisiyasının iki gün sürən XXİ Ümumi Yığıncağı öz işini vaşa vurub. Online formatda keçirilən  toplantıda çətin pandemiya şərtlərinə baxmayaraq, yüksək iştrakçılıq qeydə alınıb- ÜY-da 52 (və 47) nəfər koalisiya üzvü  təmsil olunub. Bu fakt, vətəndaş cəmiyyətinin bu gün də ölkədə təbii sərvətlərin istismarı və ondan əldə edilən gəlirlər üzərində ciddi ictimai nəzarətin formalaşması işinə böyük marağının olmasını bir daha ortaya qoymuş oldu.
ÜY-da öncə  Koalisiya Şurasının və Monitorinq Qrupunun hesabatları dinlənilib və uzun müzakirələrdən sonra Şuranın  hesabat dövründəki fəaliyyəti qənaətbəxş,  Monitorinq Qrupunun fəaliyyəti isə qeyri-qənaətbəxş qiymətləndirildi.  Bundan əlavə Koalisiyanın  2021-2025-ci illər üçün Strateji Fəaliyyət Planı əsasında hazırlanmış  Koalisiyanın  2021-ci  üçün Strateji Fəaliyyət Planı  (Proqram sənədi) müzakirələrdən sonra səs çoxluğu ilə qəbul olundu. ÜY həmçinin, “Azərbaycanın işğaldan azad edilmiş ərazilərində təbii sərvətlərin qanusuz istismar edilməsi ilə bağli Mövqe Sənədi”ni (sənədin mətni ilə bu linkdə tanış ola biərsiniz: //www.facebook.com/eitiazerbaijan1/posts/662607341075237), “XXI Ümumi Yığıncağın Bəyannəməsi”ni, (sənədin mətni ilə bu linkdə tanış ola biərsiniz: //www.facebook.com/eitiazerbaijan1/posts/768715520464418)  “MSŞA Koalisiyasının Şura üzvü O. Gülalıyevin sağlıq və sosial durumu ilə bağlı Bəyanat”ı da (sənədin mətni ilə bu linkdə tanış ola biərsiniz: //www.facebook.com/eitiazerbaijan1/?ref=page_internal) müzakirələrdən sonra, səslənən təklifləri də nəzərə alıb təkmilləşdirmək şərtiylə böyük səs çoxluğu ilə qəbul etdi.  Gündəlikdəki növbəti məsələ – Koalisiya Əsasnaməsinə əlavə və dəyişiklilər üzrə təkliflər iştirakşıların aktivliyi və qızğın  müzakirələrlə müşahidə olundu. Hər bir  təklif ayrı-ayrılıqda səsə qoyuldu və hamısı böyük səs çoxluğu ilə qəbul edildi. Sonda MSŞA Koalisiyasının 11 nəfərdən ibarət  Şurasına və 5 nəfərdən ibarət Monitorinq Qrupuna  seçkilər keçirildi. Şuraya 13 nəfərin  namizədliyi  hər biri ayrı-ayrılıqda səsə qoyuldu və ən çox səs toplayan 11 nəfər –  Aslan Vəliyev, Cəmil Hacıyev, Emil Məmmədli, Əziz Orucov, Fuad Həsənov,  Həqiqət Məmmədli, Himayət Rizvanqızı, İlham Hüseynli, Jalə Cəfərova, Pərvanə Talıbova, Sadiq Həsənov  növbəti iki il müddətinə Koalisiya Şurasına üzv seçildilər. Monitorinq Qrupuna 5 nəfərin namizədliyi olduğuna görə tərkib səsə qoyuldu və səs çoxluğu ilə  Asif Yusifli, Səməd Hətəmov,  Şövqiyyə Rəhimova, Elşən Əlisoy  və Nüşabə Mehtiyeva Koalisiyanın Monitorinq Qrupuna üzv seçildilər.
24 iyul 2021-ci il tarixdə isə Ictimai Birliklərin “Mədən Sənayesində Şəffaflığın Artırılması”  Koalisiyasının Sura və Monitorinq Qrupunun yeni tərkibdə birgə onlayn iclası keçirildi. Hər iki qurumun yeni seçilmiş heyəti tam tərkibdə toplantıda  iştirak edirdi(11 nəfər şura, 5 nəfər MQ üzvü)
İclasda əsas məsələ kimi MSŞA Koalisiyasının yeni Şura Əlaqələndiricisinin seçkisi müzakirə mövzusu idi. Müzakirələrin nəticəsi olaraq tanınmış iqtisadçı-alim İlham Hüseynli yekdilliklə  Koalisiya Şurasının növbəti dönəm üçün Əlaqləndiricisi seçildi.
Toplantıda  Ümumi Yığıncağın müəyyənləşdirdiyi bir sıra fəaliyyət istiqamətləri- Azərbaycanın yenidən MHŞT-yə qayıtması ilə bağlı vəkillik kompaniyası, Statistika Komitəsinin payızda açıqlanması gözlənilən Mədən Sənayesində Şəffaflıq Hesabatına Koalisiyanın rəyinin hazırlanması, Dağ-mədən sektorunda baş verən proseslərin, xüsusilə, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində təbii sərvətlərin qanusuz istismar edilməsi ilə bağli məsələlərin diqqətə alınması və izlənilməsi kimi vacib məsələr üzrə konkret addımları özündə ehtiva edən səndin,həmçinin, Şura üzvləri arasında həyata keçiriləcək funksional fəaliyyət bölgüsünün növbəti Şura iclasında müzakirə olunması qərarlaşdırıldı.
Şura iclasından sonra Monitorinq Qrupunun da ilk iclası baş tutdu.
İclasın gündəiyində bir məsələ-MQ-nun sədri və katibinin seçkisi müzakirəyə çıxarıldı.
Səsvermənin nəticəsi olaraq Şövqiyyə Rəhimova MQ sədri, Nüşabə Mehdiyeva isə MQ katibi seçilmiş oldular.
Gununsesi.info