Tanınmış tiktoker həbs olundu - FOTO

Sosial platformalarda, xüsusilə də canlı yayımlar zamanı cəmiyyətə qarşı hörmətsizlik edən, mənəvi dəyərlərə zidd davranışlar sərgiləyən şəxslərə qarşı polis əməkdaşları tərəfindən müvafiq tədbirlərin görülməsi davam etdirilir.

Gununsesi.info APA-ya istinadən xəbər verir ki, qeyd edilən əməllərə yol verən sosial şəbəkədə “pajiznicesi” səhifəsi işlədən 1998-ci il təvəllüdlü Cəsarət Cavadov Xəzər rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanıb. Onun barəsində məhkəmənin qərarı ilə 60 sutka inzibati qaydada həbs qərarı verilib.

 

Tanınmış tiktoker həbs olundu

 

Gununsesi.info