Tokio Olimpiadasının bağlanış mərasimi keçirildi: Olimpiya bayrağı Paris merinə verildi – YENİLƏNİB+VİDEO

  • By admin
  • 08 Avqust 2021 17:32

Beynəlxalq Olimpiya Komitəsinin rəhbəri Tomas Bax Olimpiya bayrağını Parisin meri Ann İdalqoya təhvil verib.

Bu, Tokio Olimpiadasının bağlanış mərasiminin ən yaddaqalan anlarından biri olub. Daha sonra Bax oyunları bağlı elan edib.

Gununsesi.info  verir ki, Fransa paytaxtında keçiriləcək növbəti Yay Olimpiya Oyunları 2024-cü ilin 26 iyul – 11 avqust tarixlərində baş tutacaq.

Yarışların rəsmi açılış mərasimi isə Sena çayı sahilində təşkil ediləcək.

 

15:23

Tokio Milli Stadionunda Olimpiya Oyunlarının bağlanış mərasimi keçirilir. Tədbir açılış mərasimində olduğu kimi tamaşaçılarsız təşkil olunub.

TASS xəbər verir ki, turnir çərçivəsində bütövlükdə 339 medal dəsti oynanılıb.

Komandaların yarışında 39 qızıl, 41 gümüş və 33 bürünc medal qazanan ABŞ idmançıları qalib gəlib.

İkinci yeri Çin (38-32-18), üçüncü pilləni isə ev sahibi Yaponiya (27-14-17) tutub.

Qeyd edək ki, 2020-ci ildə keçirilməli olan Olimpiya Oyunları pandemiya səbəbindən məhz bu il təşkil edilib.

Gununsesi.info