
ABŞ prezidenti Donald Tramp Nümayəndələr Palatasının spikerinə və Senatın sədrinə İrana mümkün hərbi zərbə ilə bağlı əsaslandırma məktubu göndərib.
Gununsesi.info xəbər verir ki, sənəddə o, S.J.Res.106 qətnaməsinə və Public Law 107-40 qanununa istinad edir ki, bu sənədlər Tehranı nüvə proqramı səbəbindən ABŞ-ın milli təhlükəsizliyinə təhdid kimi tanıyır və hərbi müdaxilə ehtimalını mümkün sayır.
Vəziyyətin gərginləşməsi fonunda Fransa hakimiyyəti öz vətəndaşlarını yüksək təhlükə səviyyəsinə istinad edərək İslam Respublikasını dərhal tərk etməyə çağırıb.