Türkiyə klubları israilli futbolçularla müqaviləni ləğv etdi – FOTO

  • By admin
  • 20 Yanvar 2024 10:32

Tel-Əvinin “Makkabi” klubu İstanbulun “Başakşehir” komandası ilə müqaviləsinə son verilən israilli futbolçu Eden Kartsevlə müqavilə imzalayıb. 

Gununsesi.info xəbər verir ki, sosial media hesabındakı paylaşımından sonra Eden Kartsev İsrailə qayıdıb.

Kartsev tibbi müayinədən sonra rəsmi müqaviləyə imza atıb.

“Karyerama başladığım kluba qayıtdığım üçün çox şadam. Bizi “Makkabi” olaraq çox çətin mövsüm gözləyir. Komandanın çempion olmasına kömək etmək üçün əlimdən gələni edəcəyəm”, – deyə futbolçu yazıb.

Eden Kartsev bu mövsüm “Başakşehir”də 12 oyun keçirib.

“Başakşehir” klubunun israilli futbolçusu Eden Kartsev “İnstaqram” İsrailin Qəzzada törətdiyi qırğınların 100-cü günü ilə bağlı paylaşım edib. Bu səbəbdən saxlanılan və ifadəsi alınan Kartsev daha sonra sərbəst buraxılıb.

Xatırladaq ki, bundan əvvəl Türkiyədə daha bir İsrail futbolçusu – “Antalyaspor”un 28 yaşlı oyunçusu Sagiv Yehezkel saxlanmışdı. O qol vurduqdan sonra biləyində “100 gün. 07.10” yazılmış sarğıya işarə etmişdi.

Gununsesi.info