Donald Trampın prezidentliyi dövründə ABŞ-ın Dövlət Katibi vəzifəsini tutan Mike Pompeo dünyanı təəccübləndirən məqalə ilə çıxış edib.
\
Gununsesi.info–nun xəbərinə görə, “The Wall Street Journal”da yazdığı məqaləsində Pompeo bildirib ki, Tramp hakimiyyətə gələrsə, Ukraynaya 500 milyard dollarıq yardım veriləcək, həmçinin bu ölkənin NATO-ya üzvlüyünə nail olunacaq.
“Trampın prezident seçiləcəyi təqdirdə Ukraynanı təslim olmağa sövq edəcəyinə dair “heç bir sübut” yoxdur. Bunun əvəzinə, “Bayden administrasiyasının zəifliyi” səbəbindən Ukrayna “dağıdılmış şəhərlər, yüz minlərlə öldürülən və milyonlarla qaçqın və qazanmaq üçün vasitələri olmayan” vəziyyətdədir”.

Keçmiş dövlət katibi yazıb ki, Tramp prezident olarsa, Ukrayna üçün qrant kimi deyil, kredit əsasında hərbi yardımın göstərilməsini nəzərdə tutan 500 milyard ABŞ dolları məbləğində “borc-icarə” proqramının yaradılmasına nail olacaq.
Qeyd edək ki, Mike Pompeo Ukraynaya dəstəyin əleydarlarından biri kimi tanınrdı.
Onun anidən belə bir mövqe sərgiləməsi müzakirələrə yol açıb.

Siyasi təhlilçi Kamran Cəfərov Gununsesi.info–ya açıqlamasında bildirib ki, Pompeonun belə bir mövqe sərgiləməsi gözlənilən olub:
“Bu həmin Pompeodur ki, dostu Lavrovla birlikdə Ştaynmayer formul üzrə Ukraynanın kapitulyasiyanı həyata keçirmək istəyirdi. Söhbət USQ-nin sərhədlərdən uzaqlaşdırılması və atəş açmağa qadağanın tədbiqindən gedirdi.
Bu həmin Pompeodur ki, Lavrovla görüşlərinin ictimayyətə açıqlanmamasını istəyirdi.
Bu, “düşünürsünüz ki, amerikalıları Ukrayna maraqlandırır” deyən Pompeodur.
İndi isə bilirsiniz nə baş verir? Kamala Harris var-gücü ilə Trampın üstünə gəlir, reytinqi artır. Görünən budur ki, respublikaçılar panikadadırlar. Bu səbəbdən də Pompeo kimi riyakarlar Ukraynanı dəstəkləyən əhali arasında səslər axtarışına çıxıblar”.
Afət Abbasova
Gununsesi.info












